Bir gecə açdım pəncərini mən,
Aşağıda qaçışan balaca insanlara
baxdım.
Nəfəsimə çəkdim
şaxta,ayazı,qışı gətirər
otağıma,
Pərdəni rəqs edəndə
gördüm,küləklə,
Hər şeyi yenidən başlıyaq.
Amma mən yorğun,amma sən kinli,amma yox o hisslər artıq
həvəsdə.
Qapını üzümə örtüb
çıxdı otaqdan,qalmışam yenə
pəncərədən açılan
mənzərə.
Məni uçmağa vadar etməsə,bu
nəğmə oxunar.
Şəhərin sonsuz binalarının
işıqları,gözümü qamaşdıran
Soyuqdandımı,şaxtadandımı,yanağıma
tökülən ilıq yaşlar.
Yenə yuxusuz ,dolmuş gözlər qorxusuz.
Qaranlıq otaqda tək qalmışam
Yenə göz yaşı yağışlı
birgə darıxır qucaqsız.
Yarpaqlar ağacda üsyan edəcək.payızı hasara
almağa,
Yox meyl,yox güman,yox qəfəs,indi qəfəsdən
uçmağa.
Yenə donmuş qanadlar,pəncərə,4 divar birdə
mən,hansı fəsildi bilmirəm.
Dibçəkdə də solacaq bir gecə
qızılgül,solsun qoy,dərmirəm.
Səni sevmirəm,ey uzun gecə yuxumu qaytar ,geri,de necə?
Deyəcəm sevgilimə ki,gecəni keçirtdim
gecəylə tək baş-başa.
Yaşamaq istərsən get tək yaşa,sən
ayrı ,mən ayrı.
Qalaq indi çətin həyat.yox bu mövzu
ağırdı,
Yuxusuz gecədə,gözüm qaraldı.
Yerim isti,yorğanaltı həyat mənə çox
şeyi öyrətdi.
İlk kabusumu suya danışanda ,dedim ki.əjdaha
gözünü mənə bərəltdi.
Amma,indi bu kabusun gülmələdi,
Yuxularsa bir işarədi
Mələklər sevəcəm,butalar
görəcəm,
Oyananda yenə səni seçəcəm,
Hər gün təkrarlanan yuxusuzluq xəstəlikdi sanki,
Mən pəncərə qarşısında
yorğu,göə baxıram,dilimdə suallar.
Soruşdum küləkdən,niyə belə
əsirsən,hara tələsirsən?
Dedi:Mən buludlarımı susuz səhralara
yağdırmağa gedirəm.
Soruşdum günəşdən:Hanı sevgilin
ay,niyə dalaşıbsız
Dedi:Biz bir yerdə olanda zülmət düşə
bilər aləmə.
Ulduzlardan soruşdum: Nazlı qızlar parıltınız
nədəndi?
Dedilər: Ağlamaqdan,kipriklərimizdəki yaşlardan.
Soruşdum quşlardan:Məni özləriylə
apararlarmı?
Soruşdular: Qanadların varmı? Qaraqan qanaqların varmı?
Soruşdum dənizdən:Niyə dalğaların
gedib-gəlir?
Dedi:Tənhalıqdan darıxmamaq üçün
özüm-özümə bu oyunu
düşünmüşəm.
Soruşdum dağlardan: Niyə zirvələriniz qarlı?
Dedilər:Uzun illər yaşadıq,bizdə qocaldıq
,saçlarımız ağardı.
Soruşdum çaylardan:Hara qaçırsız,kimdən
qorxursuz ki?
Dedilər:öldürdüyümüz qayaların ruhu
bizi rahat buraxmır.
Soruşdum torpaqdan:Niyə ölmüş insanları
udursan ki?
Dedi:Qisas alıram,məni alçaldıb taptalıyanlardan.
Bir gecə açdım pəncərini mən,
Aşağıda qaçışan balaca insanlara
baxdım.
Nəfəsimə çəkdim
şaxta,ayazı,qışı gətirər
otağıma,
Pərdəni rəqs edəndə
gördüm,küləklə,
Hər şeyi yenidən başlıyaq.
Amma mən yorğun,amma sən kinli,amma yox o hisslər artıq
həvəsdə.
Qapını üzümə örtüb
çıxdı otaqdan,qalmışam yenə
pəncərədən açılan
mənzərə.
Məni uçmağa vadar etməsə,bu
nəğmə oxunar.
Şəhərin sonsuz binalarının
işıqları,gözümü qamaşdıran
Soyuqdandımı,şaxtadandımı,yanağıma
tökülən ilıq yaşlar.