Səsimə səs gəlmir,mən tək
qalmışam
Bəlkə qorxulu yuxu mən yatmışam
Bəlkədə ölmüşəm sona
çatmışam
Amma yox,hələ hazır deyiləm axı
Mənə baxın,məni görün,məni
dəli bilin,amma dindirin
Hələ yaşamağa eşq
bol,daşımağa yük bol
Tək bir yol,tək bir gün mənə bəs
edər
Mən dəyişəcəm ! ! !
Mən dəyişərək hamı kimi ola
biləcəm
Hamı kimi ölə biləcəm ən azından
Ruhumu buraxıb bədən ola biləcəm
Hamı kimi ölə biləcəm ən azından ( 2
)
Hər səhər diş fırçası dostum
Qara kostyum,ağ köynək,qalstukum
Hər şeydən üstün işim olacaq
Heç nə haqqında düşünmədən
Durmadan işləyib bir gün ayılacam ki
40 yaşım olacaq,xoşbəxt olacam onda
Yanımda oğul,uşaqlarım,həyat yoldaşım
olacaq
İti yaddaşım olacaq,kommunal borcların
hamısını
Yadda saxlaya biləcəm mən
Mən dəyişəcəm ! ! !
Mən dəyişərək hamı kimi ola
biləcəm
Hamı kimi ölə biləcəm ən azından
Ruhumu buraxıb bədən ola biləcəm
Hamı kimi ölə biləcəm ən azından ( 3
)